Tramp Orlando şəhərində respublikaçı-mühafizəkarların konfransında çıxış edəcək

Tramp Orlando şəhərində respublikaçı-mühafizəkarların konfransında çıxış edəcək
# 21 fevral 2021 06:29 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Florida ştatının Orlando şəhərində keçiriləcək ABŞ-ın Respublikaçılar partiyasının mühafizəkar dairələrinin konfransında çıxış edəcək.

APA xəbər verir ki, bu barədə CNN telekanalı özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini başa vurmasından sonra ilk çıxışı fevralın 28-də olacaq. O, Respublikaçılar partiyasının gələcəyi və mühafizəkar hərəkatı barədə danışacaq.

Bundan əlavə, keçmiş dövlət başçısının ABŞ-ın hazırkı prezidenti Co Baydenin miqrasiya siyasəti ilə bağlı kəskin tənqidlərlə çıxış edəcəyi də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR