Tramp Pentaqon rəhbərini vəzifəsindən azad edib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad edib
  • Clock-gray 22:32
  • calendar-gray 09 Noyabr 2020

ABŞ Prezidenti Donald Tramp Müdafiə Naziri Mark Esperi vəzifəsindən azad edib.

APA xəbər verir ki, bu barədə ABŞ lideri tvitter səhifəsində yazıb. 

Tramp bildirib ki, Pentaqon rəhbərinin vəzifələrini Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristofer Miller icra edəcək:

"Milli Terrorla Mübarizə Mərkəzinin direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən) kristofer Millerin bundan sonra Müdafiə Naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunluq duyuram. Kris çox yaxşı iş görəcək! Mark Esper kənarlaşdırıldı. Xidmətinə görə ona təşəkkür etmək istəyirəm”. 

Qeyd edək ki, son aylarda mətbuatda Esperin istefa verməsi barədə xəbərlər yayılmışdı. 

 

Rəşad Sarıyev

Digər xəbərlər