Tramp: "Proqnoza görə, ABŞ-da koronavirus səbəbindən 100 mindən də az adam öləcək"

Tramp: "Proqnoza görə, ABŞ-da koronavirus səbəbindən 100 mindən də az adam öləcək"
# 11 aprel 2020 08:26 (UTC +04:00)

ABŞ rəsmiləri öz hesablamalarında dəyişiklik ediblər və düşünürlər ki, koronavirus pandemiyasının yayılması 100 mindən də az amerikalının ölümünə səbəb olacaq.

APA xəbər verir ki, bu barədə prezident Donald Tramp brifinq zamanı deyib.

“Bundan əvvəl düşünürdülər ki, heç bir iş görülməyəcəyi təqdirdə ölənlərin sayı ilə bağlı rəqəm minimum 100 mindən 225 minədək olacaq və 2,2 milyona qədər artacaq. Baxaq görək nəticədə necə alacaq, ancaq hazırda görünür ki, bu, 100 mindən də az olacaq”, - deyə Tramp bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR