Tramp Qətər əmiri ilə Əfqanıstanda sülh razılaşmasını müzakirə edib

Tramp Qətər əmiri ilə Əfqanıstanda sülh razılaşmasını müzakirə edib
  • Clock-gray 06:39
  • calendar-gray 23 Aprel 2020

ABŞ Prezidenti Donald Tramp və Qətər əmiri şeyx Tamim ibn Hamad əl-Tani arasında telefon danışığı olub. Danışıq müddətində liderlər Əfqanıstanda “Taliban” hərəkatı tərəfindən gərginliyin azaldılmasının vacibliyini müzakirə ediblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cadd Dirin açıqlamasında deyilir.

“Prezident Əfqanıstanda sülhün əldə olunması üçün göstərdiyi səylərə görə əmirə təşəkkür edib. Prezident və əmir “Taliban”ın zorakılığın miqyasını azaltmasının və məhbusların sərbəst buraxılması ilə bağlı müzakirələri davam etdirməsinin zəruriliyi barədə həmfikir olublar”, - deyə Dir qeyd edib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp və əl-Tani yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirlərini də müzakirə ediblər: “Prezident virusa birgə qalib gəlmək, onun iqtisadiyyata mənfi təsirlərini minimuma endirmək və ən vacib regional məsələlərə diqqəti yönəltmək üçün əmiri Fars körfəzindəki fikir ayrılıqlarını aradan qaldırmaqla bağlı addımlar atmağa çağırıb”.

apa-logo-mini

Digər xəbərlər