Tramp Şimali Koreya liderini sağlam görməkdən məmnun olduğunu deyib

Tramp Şimali Koreya liderini sağlam görməkdən məmnun olduğunu deyib
  • Clock-gray 02:10
  • calendar-gray 03 May 2020

ABŞ Prezidenti Donald Tramp təxminən 20 gün müddətdir ki, ictimaiyyət arasında görünməyən və haqqında ağır xəstəliyinin olması, hətta dünyasını dəyişməsi kimi xəbərlər dolaşan KXDR lideri Kim Çen Inı yenidən sağlam şəkildə görməkdən məmnun olduğunu bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı lider bu barədə “Twitter” səhifəsində yazıb.

“Mən, misal üçün, onun qayıtdığını və səhhətinin yaxşı olduğunu görməkdən məmnunam”, - Tramp belə yazıb.

ABŞ lideri öz paylaşımında Kim Çen Inın Şimali Koreyada yeni bir zavodun açılışında iştirak etməsi barədə xəbərin yayımlandığı videoçarxın linkini də yerləşdirib.

Qeyd edək ki, bundan bir müddət əvvəl Tramp KXDR liderinin vəziyyəti barədə şərh verməkdən imtina etmiş və yalnız ona can sağlığı arzu etməklə kifayətlənmişdi.

apa-logo-mini

Digər xəbərlər