Tramp Texasda “Hanna” qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Tramp Texasda “Hanna” qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib
# 27 iyul 2020 02:10 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp “Hanna” qasırğası ilə əlaqədar Texas ştatında fövqəladə vəziyyət elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Tramp mövcud vəziyyətlə bağlı Texasa federal yardımın edilməsi ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, şənbə günü Texas ştatının sahillərində “Hanna” qasırğası bir sıra fəsadlar törədib, 300 minə yaxın insan elektriksiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR