Tramp: "TikTok"un satış gəlirinin bir hissəsi ABŞ Maliyyə Nazirliyinə gedəcək"

Tramp: "TikTok"un satış gəlirinin bir hissəsi ABŞ Maliyyə Nazirliyinə gedəcək"
  • Clock-gray 07:29
  • calendar-gray 05 Avqust 2020

“Çinin “TikTok” xidmətinin satışının mühüm bir hissəsi ABŞ-ın Maliyyə Nazirliyinə getməlidir”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Bu qiymətin çox hissəsi ABŞ Maliyyə Nazirliyinə getməlidir”, - deyə Tramp mətbuat konfransında xidmətin mümkün satışına toxunarkən bildirib.

Maliyyə Nazirliyinin bundan necə gəlir əldə edə biləcəyi ilə bağlı verilən suala amerikalı lider belə cavab verib: “Bu, çox sadədir. Bütün kartlar əlimizdədir. Biz olmadan onlar ABŞ-a girə bilməzlər”.

Qeyd edək ki, bir müddət əvvəl Tramp “TikTok”a ABŞ-da qadağa qoya biləcəyini deyib. Onun sözlərinə görə, bu mobil xidmət Çin şirkəti olduğu üçün həmin ölkənin qanunları əsasında istifadəçi məlumatlarını ÇXR rəsmi orqanlarına ötürməlidir. “TikTok” yaradıcıları isə istifadəçilərin məlumatlarının Çin hakimiyyətinə ötürülmədiyini və bunu heç bir zaman da planlaşdırmadıqlarını qeyd ediblər.

apa-logo-mini

Digər xəbərlər