Tramp beş amerikalını əfv edib

Tramp beş amerikalını əfv edib
# 22 oktyabr 2020 07:33 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp beş ölkə vətəndaşının əfvi barədə qərar verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Donald Tramp bu şəxslərin cəzalarını yüngülləşdirmək üçün əfv sərəncamları imzaladı: Lenora Loqan, Raşella Rid, Çarlz Tenner, Con Bolen və Kertis MakDonald”, - məlumatda belə deyilir.

R.Rid dələduzluqda, qalanları isə narkotik maddələrə görə təqsirli bilinərək həbs olunmuşdular. Onların beşinin də islah olunduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR