Tramp ictimaiyyət qarşısında çıxışlardan imtina edib

Tramp ictimaiyyət qarşısında çıxışlardan imtina edib
# 11 fevral 2021 13:00 (UTC +04:00)

ABŞ-ın sabiq prezidenti Donald Tramp impiçment prosesi çərçivəsində ictimai çıxışlardan imtina edib.

APA-nın ABŞ mətbuatına istinadən xəbərinə görə, bu qərarı o, köməkçiləri ilə məsləhətləşmələrdən sonra strateji məqsədlə verib.

Bildirilib ki, əsas hədəf Respublikaçıların dəstəyini qazanmaqla, impiçmentin qarşısını almaqdır.

Qeyd edək ki, impiçment prosesinin başlanmasına sabiq prezidentin yanvarın 6-da tərəfdarlarını kütləvi aksiyalara çağırması səbəb olub. Küçələrə axışan amerikalılar Konqresin binasına daxil olublar. Onlar prezident seçkilərinin nəticələrinin elan edilməsinə mane olmağa cəhd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR