Tramp impiçment prosesini oyunbazlıq adlandırıb

Tramp impiçment prosesini oyunbazlıq adlandırıb
# 22 yanvar 2020 17:45 (UTC +04:00)

“Ön sırada oturmaq və impiçmentlə bağlı dinləmələri izləmək istərdim, lakin vəkillərim buna razı olmayacaqlar”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Davos İqtisadi Forumunda iştirak edən ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Mən ön sırada oturmaq və onların satqın simalarına baxmağı çox istərdim. Mən ora getməyi çox istərdim, məgər bu əla olmazdımı?”, - deyə ABŞ Prezidenti vurğulayıb.

D. Tramp impiçment prosesini oyunbazlıq adlandırıb.

“Senatda əla insanların olduğuna əminəm. İmpiçmentlə bağlı fəndlər ucuz oyunbazlıqdır. Hər şey hələ mən seçildiyim gündən başlayıb”, - deyə D. Tramp qeyd edib.

Qeyd edək ki, dünəndən etibarən Senatda D. Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR