Tramp impiçmentlə bağlı Nensi Pelosiyə məktub yazıb

Tramp impiçmentlə bağlı Nensi Pelosiyə məktub yazıb
  • Clock-gray 11:50
  • calendar-gray 18 Dekabr 2019

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə məktub yazıb.

APA-nın xəbərinə görə, Ağ Evin rəsmi saytında yayımlanan məktubda D. Tramp impiçmenti pisləyib.

İmpiçmentə qarşı olduğunu bildirən ABŞ Prezidenti ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu qeyd edib.

“İmpiçmentin heç bir maddəsi konstitusiya nəzəriyyəsinin standartlarına uyğun deyil. Faydasız impiçmentinizlə öz andınızı, konstitusiyaya bağlılığınızı pozur, Amerika demokratiyasına müharibə elan edirsiniz. Sizin əməlləriniz Amerika uğrunda canından keçən qurucu atalarımızı belə incidir. Hətta daha pisi odur ki, siz prezidenti sevən Amerika xalqını incidirsiniz. Siz bilirsiniz ki, impiçment bəyanatları yalandan ibarətdir. Etdiyiniz qorxunc bir işdir, lakin bununla siz başa çıxmalısınız, mən yox! İlk ittihamınız – “gücdən sui-istifadə etmə” tamamilə rəzil, xəyal aləminizin əsassız uydurmasıdır. Özünüz də bilirsiniz ki, mən Ukrayna Prezidenti ilə tamamən məsum bir danışıq aparmışam. İkinci danışığımız isə tamamilə yanlış xarakterizə edilib və yanlış şəkildə təqdim olunub. Yaxşı ki, danışıqların transkripti mövcuddur və siz ordan görə bilərsiniz ki, Prezident Zelenskiyə mənə, şəxsimə yox, bizə yaxşılıq etməsini istəmişəm. Hətta danışıqlarda Baş prokurorun da adını qeyd etmişəm. Xarici ölkə liderləri ilə bütün danışıqlarımda ilk olaraq Amerikanın maraqlarını müdafiə edirəm. Zelenskiylə də danışığımda bunu etdim. O özü də dəfələrlə qeyd edib ki, danışıqlarda heç bir təzyiqə uğramayıb”, – deyə məktubda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatası D. Trampa qarşı impiçment prosesinin başladıldığını elan edib. İmpiçment prosedurunun başlamasının səbəbi Demokratların Prezident Trampın 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyini ehtimal etməsidir.

 

Ramal Məmmədli

apa-logo-mini

Digər xəbərlər