Tramp koronavirusun öz-özünə yox olacağına əmin olduğunu deyib

Tramp koronavirusun öz-özünə yox olacağına əmin olduğunu deyib
  • Clock-gray 04:23
  • calendar-gray 09 May 2020

“İnanıram ki, koronavirus infeksiyası sonda öz-özünə yox olacaq”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.

“Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Onlar virusun gedəcəyini deyirlər. Bu o demək deyil ki, o, payızda və ya payızdan sonra gedəcək. Bəzi məqamlarda bəlkə də özü yox olacaq. Ancaq peyvənd əldə edə bilsək, çox faydalı olar”, - tramp belə deyib.

apa-logo-mini

Digər xəbərlər