ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin təxirə salınmasını təklif edib.
APA-nın xəbərinə görə, bu barədə D. Tramp "Twitter"də bildirib.
O, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar poçtla səsvermənin keçiriləcəyi 2020-ci ilin ABŞ-ın seçkilər tarixində ən qeyri-dəqiq və saxta il olacağını vurğulayıb.
“Bu, ABŞ üçün böyük bir ayıb olacaq. İnsanlar düzgün, etibarlı və təhlükəsiz səs verə bilənə qədər seçkilər təxirə salınsın?”, - deyə D. Tramp qeyd edib.