Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib

Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib
  • Clock-gray 19:58
  • calendar-gray 15 Noyabr 2020

ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib.

APA bildirir ki, bu barədə Donald Tramp özünün Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, Co Bayden yalnız yalançı qalibdir:

“Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

apa-logo-mini

Digər xəbərlər