Tramp senatorları İranla bağlı qətnamənin əleyhinə səs verməyə çağırıb

Tramp senatorları İranla bağlı qətnamənin əleyhinə səs verməyə çağırıb
# 13 fevral 2020 04:34 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Konqres Senatını İrana qarşı güc tətbiq etmək hüquqlarını məhdudlaşdıran qətnamənin əleyhinə səs verməyə çağırıb.

APA xəbər verir ki, amerikalı lideri bu barədə “Twitter” səhifəsində yazıb.

Tramp bildirib ki, “ABŞ Senatının qətnaməyə səs verməməsi ölkənin təhlükəsizliyi üçün çox vacibdir”.

“İrana gəlincə, biz çox yaxşı işlər görürük və indi zəiflik nümayiş etdirməyin vaxtı deyil. Amerikalıların çoxu terrorçu Süleymaniyə hücumumuzu dəstəkləyir. Əllərim bağlı olsa, İran yaxşı gün keçirər”, - Tramp belə deyib.

Onun fikrincə, qətnamənin təsdiqlənməsi “çox pis bir siqnal kimi qiymətləndirilə bilər”.

“Demokratlar Respublikaçılar partiyasını ləkələməyə çalışırlar. Buna imkan verməyin!” – deyə ABŞ Prezidenti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR