Tramp son bir ayda ilk dəfə Ağ Evi tərk edəcək

Tramp son bir ayda ilk dəfə Ağ Evi tərk edəcək
  • Clock-gray 15:17
  • calendar-gray 01 May 2020

ABŞ Prezidenti Donald Tramp bir aydan sonra ilk dəfə Ağ Evi tərk edəcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu gün D. Tramp Vaşinqtondan 40 km məsafədə yerləşən Merilenddəki ABŞ Prezidentlərinin istirahət iqamətgahı Kemp-Devidə gedəcək.

Qeyd edək ki, D. Tramp sonuncu dəfə Ağ Evi martın 28-də tərk edərək Virciniyaya gedib. O, Norfolk şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus tibbi gəminin Nyu-York şəhərinə yola salınması mərasimində iştirak edib.

Zümrüd Paşkin

Digər xəbərlər