Tramp sosial medianın "fəlakətli səhv" etdiyini bildirib

Tramp sosial medianın "fəlakətli səhv" etdiyini bildirib
# 13 yanvar 2021 03:14 (UTC +04:00)

“Sosial medianı idarə edən böyük ABŞ texnoloji şirkətləri davranışlarında "fəlakətli səhv" və təhlükə yaradırlar”.

APA TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ-ın hazırkı prezidenti Donald Tramp bildirib.

O, əlavə edib ki, bu hərəkətləri onlar üçün fəlakətli bir səhv olacaq: “Onlar əlaqələrini kəsirlər, çoxdan bəri proqnozlaşdırdığımı nümayiş etdirirlər”.

Qeyd edək ki, daha əvvəl “Twitter” Trampın qaydaları pozduğu, habelə iğtişaşlar törətməyə cəhd göstərə biləcəyindən narahat olduğu üçün şəxsi hesabına girişi bağladığını elan etmişdi. Səlahiyyət müddəti bitmədən “Facebook” və “Instagram” da analoji addımı atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR