Tramp tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar - YENİLƏNİB - VİDEO

Tramp tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar - YENİLƏNİB - VİDEO
# 07 yanvar 2021 00:02 (UTC +04:00)

Trampın tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar.

APA TASS-a istiadən xəbər verir ki, bu barədə Konqresin yuxarı palatasının iclasına rəhbərlik edən senator Ceyms Lenkford bildirib.

Qeyd edib ki, Konqresin hər iki palatasında prezident seçkilərinin nəticələrini təsdiqləyən ortaq iclasın dayandırılmasından sonra Arizona ştatındakı son səsverməyə etirazlar müzakirə edilib. O əlavə edib ki, etirazçılar Konqres binasındadır, Senatın Nümayəndələr palatasında fasilə elan edilib.

MSNBC telekanalının məlumatına görə, senatorlar təhlükəsiz şəkildə binadan təxliyə edilib.

CBS isə məlumat yayıb ki, polis ABŞ Konqresinin binasındakı nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

***

6 yanvar, saat 23:19

ABŞ Prezidenti Donald Trampın tərəfdarları Capitoliya binasına girməyə çalışıblar.

APA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Kütlə Konqres binasına girməyə cəhd edib.

Konqresmen Riçi Torres bildirib ki, onun və həmkarlarının Konqres binasının bir hissəsi olan Kannondan ayrılmaqları istənilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində seçkilərin nəticələrinin təsdiqlənməsinə dair etirazlarla bağlı müzakirələr aparılıb. Bir qrup senator Arizona ştatında seçici səsinin təsdiqlənməsinə etiraz edib. Bundan sonra, Konqresin ümumi iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens iclasın qapalı olduğunu, palatalarında etirazları ayrı-ayrılıqda müzakirə edəcəyini və müvafiq səsvermə keçirəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR