Tramp və Nyu-York qubernatoru qarşılıqlı ittihamlar səsləndiriblər

Tramp və Nyu-York qubernatoru qarşılıqlı ittihamlar səsləndiriblər
# 18 aprel 2020 06:24 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp, Nyu-York ştatının qubernatoru Endryu Kuomonun ştatın koronavirusla bağlı fikirlərini növbəti dəfə tənqid edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kuomo da öz növbəsində Trampı koronavirus epidemiyasından ən çox zərər çəkən Nyu-Yorka kifayət qədər kömək etmədiyinə görə qınayıb: “Artıq Nyu-Yorkda 220 mindən çox virusa yoluxma təsdiqlənib, 12 mindən çox ölüm var. Tramp digər dövlətlərin koronavirus testlərinin ölkəyə verilməsini dəfələrlə rədd etdi”.

Tramp cavab olaraq Twitter səhifəsində bildirib ki, Kuomo çox şikayət edir: "Qubernator Kuomo şikayət etməkdənsə, işlə məşğul olmaq üçün daha çox vaxt sərf etməlidir. Gedin və işlə məşğul olun. Danışmağı dayandırın! Sizə istifadəsinə ehtiyac olmayan minlərlə xəstəxana çarpayısını yaratdıq, çox sayda tibbi tənəfüs aparatları verdik, özünüz aparmalı olduğunuz halda, testlərə kömək etdik”.

ABŞ Prezidenti əlavə edib ki, Nyu-Yorka başqa dövlətlərdən daha çox pul, kömək və avadanlıq verilib. O, Nyu-York qubernatorunun 40 minə qədər sünü tənəffüs qurğusuna ehtiyacı olacağına dair səsləndirdiyi fikri “gülünc” açıqlama adlandırıb: "Biz onlara bu sayın kiçik bir faizini verdik və bu kifayət oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR