Tramp yayılmış etiraz xəbərləri fonunda amerikalıları şiddət və zorakılıqdan yayınmağa çağırıb

Tramp yayılmış etiraz xəbərləri fonunda amerikalıları şiddət və zorakılıqdan yayınmağa çağırıb
  • Clock-gray 00:24
  • calendar-gray 14 Yanvar 2021

Hazırkı ABŞ Prezidenti Donald Tramp ölkə əhalisinin şiddətdən çəkinəcəklərinə və yaranmış gərginliyin azaldılmasında köməklik göstərəcəklərinə ümid etdiyini deyib.

APA xəbər verir ki, prezidentin müvafiq bəyanatı “Fox News” telekanalında yayımlanıb.

“Yeni etiraz aksiyaları barədə gələn xəbərlərin fonunda zorakılığa, qanun pozuntusuna və vandalizmə yol verilməməsinə çağırıram. Mən bunun lehinə çıxış etmirəm, Amerika buna qarşıdır. Bütün amerikalıları gərginliyin azaldılmasına və sülhün təmin olunmasına kömək etməyə çağırıram”, - deyə Tramp bildirib.

O, hansı aksiyalardan söz getdiyinə toxunmayıb. Bundan bir qədər əvvəl Demokratlar Partiyasının üzvləri iddia ediblər ki, Donald Trampın tərəfdarları yanvarın 20-də keçirilməsi planlaşdırılan ABŞ-ın yeni prezidenti Cozef Baydenin andiçmə mərasimini pozmağa cəhd edilə bilərlər.

“Fox News”un Trampın məsləhətçisinə istinadən verdiyi məlumata görə, hazırkı Amerika lideri “səlahiyyətlərin gələn həftə sakit şəkildə yeni prezidentə ötürülməsi”nə dair çağırış edib.

apa-logo-mini

Digər xəbərlər