Tramp: "ABŞ və Çin ticarət razılaşması yuanın məzənnəsinin düşməsini məhdudlaşdırır"

Tramp: "ABŞ və Çin ticarət razılaşması yuanın məzənnəsinin düşməsini məhdudlaşdırır"
  • Clock-gray 02:45
  • calendar-gray 16 Yanvar 2020

ABŞ və Çin arasındakı ticarət razılaşmasının birinci mərhələsi ilə bağlı razılaşma yuanın mübadilə kursunun aşağı düşməsi ilə bağlı ciddi məhdudiyyətlər qoyur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bu razılaşmanın imzalanması mərasimində çıxış edərkən açıqlama verib.

“Saziş çərçivəsində Çin valyutasının devalvasiyasında müəyyən ciddi məhdudiyyətlər olacaq”, - deyə prezident vurğulayıb.

Tramp əmindir ki, ABŞ və Çin arasındakı yeni ticarət sövdələşməsi digər məsələlərlə yanaşı, beynəlxalq əlaqələrin müəyyən bir sabitləşməsinə öz töhfəsini verəcək.

ABŞ Çindən gələn mallara görə rüsumları yalnız tərəflər ticarət razılaşmasının ikinci hissəsini hazırladıqdan sonra ləğv edəcəyini deyib.

apa-logo-mini

Digər xəbərlər