Tramp: “Türkiyə Bağdadinin öldürülməsində bizə çox böyük dəstək verib”

Tramp: “Türkiyə Bağdadinin öldürülməsində bizə çox böyük dəstək verib”
# 03 dekabr 2019 14:08 (UTC +04:00)

“ABŞ və Türkiyə arasında yaxşı əlaqələr var. Biz uzun müddət onların sərhədində qaldıq, artıq ordan çəkilmişik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

ABŞ Prezidenti bildirib ki, Türkiyə Əbubəkr əl-Bağdadinin öldürülməsində onlara çox böyük dəstək verib.

NATO baş katibi də Türkiyənin önəmli müttəfiq olduğunu, İŞİD-lə mübarizədə çox əhəmiyyətli rol oynadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR