Trampın Senatda keçiriləcək impiçment məhkəməsinin vaxt açıqlanıb

Trampın Senatda keçiriləcək impiçment məhkəməsinin vaxt açıqlanıb
  • Clock-gray 10:55
  • calendar-gray 23 Yanvar 2021

ABŞ-ın eks-prezidenti Donald Trampın Senatdakı impiçment məhkəməsinin başlayacağı vaxt açıqlanıb.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bunu senator və Senatdakı Demokratlar Partiyasının sözçüsü Çak Şumer deyib.

O bildirib ki, Donald Trampın Senatdakı impiçment məhkəməsi fevralın 8-də keçiriləcək.

Trampın impiçment mühakiməsi ABŞ Prezidentinin artıq vəzifəsində olmadığı halda keçirilən ilk məhkəmə olacaq.

Əgər Tramp təqsirli bilinərsə, Senat onun bir daha prezidentlik postuna qayıtmasına qadağa qoymaq üçün səs verə bilər və bu, potensial olaraq Trampın siyasi dönüşünü qeyri-mümkün edir.

Zümrüd Paşkin

Digər xəbərlər