Trampın avtomobili hərraca çıxarılıb

Trampın avtomobili hərraca çıxarılıb
# 06 yanvar 2021 11:16 (UTC +04:00)

Əvvəllər ABŞ Prezidenti Donald Trampa məxsus olmuş avtomobil hərraca çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə Mecum Auctions hərrac evinin saytında məlumat verilib.

Ferrari F430 avtomobili müştəriyə D. Trampın şəxsi imzasının olacağı sənədlərin sürəti ilə birlikdə təqdim olunacaq.

11 min kilometrdən çox sürülən avtomobil 400-500 min dollar məbləğində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR