Trampın məsləhətçisi yanvar ayında ticarət danışıqları aparmaq üçün Londona səfər edəcək

Trampın məsləhətçisi yanvar ayında ticarət danışıqları aparmaq üçün Londona səfər edəcək
# 17 dekabr 2019 06:49 (UTC +04:00)

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou ticarət və iqtisadi məsələlər üzrə danışıqlar aparmaq üçün 2020-ci ilin yanvar ayının əvvəlində Böyük Britaniyaya səfər etmək niyyətindədir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə o, bazar ertəsi bildirib.

Kadlounun sözlərinə görə, ABŞ və Britaniya nümayəndələri ticarət də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar. Amerikalı diplomat əlavə edib ki, ABŞ tərəfindən mümkün ticarət sövdələşməsi üzərində işlər yaxın gələcəkdə başlanılacaq.

Agentliyin məlumatına görə, səfər zamanı müşaviri Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Matt Pottinger müşayiət edəcək.

Buna qədər iki ölkənin liderləri Birləşmiş Krallığın AB-dən çıxmasından sonra sərbəst ticarət sazişi bağlamaq niyyətində olduqlarını dəfələrlə bəyan ediblər. Britaniyadakı 12 dekabr parlament seçkilərindən sonra ABŞ Prezidenti Donald Tramp Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar partiyasının qələbəsinin iki ölkənin belə bir razılaşma bağlamasına imkan verəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR