Trampın təkrar seçkilərə qatıla bilməməsi üçün Senatda səsvermə olacaq

Trampın təkrar seçkilərə qatıla bilməməsi üçün Senatda səsvermə olacaq
  • Clock-gray 02:53
  • calendar-gray 14 Yanvar 2021

ABŞ Konqresinin Senatı hazırkı prezident Donald Trampın impiçmentinin yuxarı palata tərəfindən də təsdiqlənəcəyi təqdirdə onun hər hansı dövlət vəzifəsində çalışmasının qadağan edilməsi üçün səsvermə keçirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu Co Baydenin andiçmə mərasimindən sonra Senatda Demokrat çoxluğun rəhbəri olacaq Çak Şumerin yazılı açıqlamasında qeyd olunub.

“ABŞ Senatında impiçment prosesi keçiriləcək, prezidentin ağır cinayətlərdə və əməllərdə mühakimə olunmasına səs veriləcək. Prezidentin günahkar olduğu sübuta yetirilərsə, onun dövlət başçısı postuna namizədliyini yenidən irəli sürmək imkanından məhrum edilməsi üçün səs veriləcək” - deyə Şumer bildirib.

Söhbət Trampın dövlət vəzifələrində çalışmasını qadağan edən əlavə təşəbbüsdən gedir.

apa-logo-mini

Digər xəbərlər