Trüdo: "Kanada pandemiya böhranının yarısını geridə qoyub"

Trüdo: "Kanada pandemiya böhranının yarısını geridə qoyub"
# 29 aprel 2020 07:41 (UTC +04:00)

Kanada hazırda koronavirus pandemiyasının yaratdığı böhranın yarısını geridə qoyub, lakin bütün məhdudiyyətləri qəti şəkildə qaldırmaq üçün hələ tezdir.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş Naziri Castin Trüdo xalqa gündəlik televiziya müraciəti zamanı deyib.

“Qəbul etdiyimiz tədbirlər öz işini görür. Ölkənin bəzi bölgələrində qrafiklər uyğunlaşdırılıb, lakin təhlükə hələ keçməyib. Kanada tarixində xalqın sağlamlığına təsir edə biləcək ən ciddi böhranın ortasındayıq”, - Trüdo belə deyib.

O, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin qəti şəkildə ləğvinin buna qədər əldə olunmuş müsbət nəticələrin itirilməsinə səbəb ola biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR