Vaşinqtonda etirazçılarla polis arasında yenidən qarşıdurmalar başlayıb

Vaşinqtonda etirazçılarla polis arasında yenidən qarşıdurmalar başlayıb
# 02 iyun 2020 06:17 (UTC +04:00)

Vaşinqtonun mərkəzində etirazçılarla polis arasında yenidən qarşıdurmalar baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın televiziya kanallarının birbaşa yayımladığı videogörüntülərdən məlum olub.

Qarşıdurma iki gün əvvəlki ssenari əsasında inkişaf edir – polis Ağ Evin yaxınlığında mühafizə çəpəri yaradıb, onun ətrafında isə izdiham toplaşıb. Etirazçılar polisə şüarlar səsləndirirlər, ən fəal üzvlər isə şüşə su qabları atırlar. Buna cavab olaraq, polislər gözyaşardıcı qazdan, işıqsaçan qumbaralardan istifadə edərək etirazçıları iqamətgahdan uzaqlaşdırırlar.

Qeyd edək ki, bundan bir qədər əvvəl Vaşinqton meri Müriel Bouzer paytaxt ərazisində bazar günü tətbiq olunan komendant saatının daha iki gün müddətinə artırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR