Venesuela polisi Quaydonu qarşılamağa gedən deputatların avtobuslarını saxlayıb

Venesuela polisi Quaydonu qarşılamağa gedən deputatların avtobuslarını saxlayıb
# 12 fevral 2020 06:22 (UTC +04:00)

Venesuela hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət lideri Juan Quaydonu paytaxtdakı Mayketiya Hava limanında qarşılamağa gedən parlament üzvlərinin avtobuslarını saxlayıb.

APA-nın məlumatına görə, bu barədə parlament üzvləri çərşənbə axşamı “Twitter” hesabında bildiriblər.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmədiyindən deputatlar hava limanına piyada getməyi qərara alıblar.

Xatırladaq ki, ölkə müxalifətinin lideri Quaydo antiterror sammitində iştirak etmək üçün yanvarın 19-da Kolumbiya gedib. Bundan sonra o, Avropanın bir neçə ölkəsində, habelə Kanada və ABŞ-da olub. Bu günədək Ali Məhkəmənin çıxardığı qərardan sonra ölkəsinə qayıda bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR