Venesuelada avtobus qəzasında 20-dən çox insan xəsarət alıb

Venesuelada avtobus qəzasında 20-dən çox insan xəsarət alıb
# 17 dekabr 2019 00:52 (UTC +04:00)

Venesuelanın şimalındakı Araqua ştatının Viktoriya şəhərində paytaxt Karakasa doğru hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, avtoqəza nəticəsində bir nəfər ölüb, azı 27 nəfər də xəsarət alıb.

Hadisə yerində polis əməkdaşları araşdırmalar aparır.

İlkin ehtimala görə, yol qəzasına nəqliyyat vasitəsinin idarə edilməsinin itirilməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR