Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
# 27 mart 2020 08:20 (UTC +04:00)

Venesuelada koronavirusa yoluxan xəstələrdən ilk ölüm hadisəsi qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezident Delsi Rodriguez Karakasda çıxışı zamanı bildirib.

Ölən şəxsin Araqua ştatının 47 yaşlı sakini olduğunu deyən vitse-prezident onun ailəsinə və yaxınların başsağlığı verib.

Qeyd edək ki, Venesuelada koronavirusa yoluxma ilk dəfə martın 13-də təsdiqini tapıb. Martın 17-də prezident Nikolas Maduro respublika daxilində karantin tətbiq edilməsi barədə qərar elan edib.

Xatırladaq ki, hazırda ölkədə virusa yoluxanların ümumi sayı 107 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR