Venesuelada özəl təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

Venesuelada özəl təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
# 21 dekabr 2019 08:32 (UTC +04:00)

Venesuelada, Karakas hava limanından 8 kilometr aralıqda “Beechcraft 100 King Air” tipli özəl təyyarənin eniş zamanı qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qəzanın səbəbləri barədə danışmaq hələlik tezdir, hazırda mütəxəssislər hadisə yerinin müayinəsi ilə məşğuldur.

Yerli KİV bildirir ki, təyyarədəki sərnişinlər arasında hasilat sənayesinə investisiya qoyuluşu ilə bağlı bir toplantıya gedən sahibkarlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR