Venesuelada parlament seçkiləri keçirilir

Venesuelada parlament seçkiləri keçirilir
  • Clock-gray 14:39
  • calendar-gray 06 Dekabr 2020

Bu gün Venesuelada parlament seçkiləri keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 06.00 radələrində açılıb və səsvermə saat 18.00-a qədər davam edəcək.

Milli Assambleyadakı 227 yer uğrunda 107 siyasi partiyanın 14 min namizədi mübarizə aparır.

Hakimiyyətin əsas əleyhdarı və  hazırkı parlamentdə yerlərin əksəriyyətinə sahib olan qüvvələrə rəhbərlik edən Xuan Quaydo seçkilərdə pozuntulara yol veriləcəyini iddia edib. Bununla əlaqədar 27 partiya seçkilərə qatılmayıb.

apa-logo-mini

Digər xəbərlər