Vitse-prezident Mayk Pens ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə qatılacaq

Vitse-prezident Mayk Pens ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə qatılacaq
# 10 yanvar 2021 05:09 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 20-də yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı vitse-prezidentin qərarı ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.

Buna qədər Bayden özü də ABŞ-ın vitse-prezidenti Pensi andiçmə mərasiminə dəvət etmişdi. Eyni zamanda, Biden jurnalistlərə müsahibəsində, hazırkı prezident Donald Trampın andiçmə mərasimində iştirak etməməklə bağlı qərarının “yaxşı” olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR