“WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatıb

“WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatıb
# 13 fevral 2020 08:46 (UTC +04:00)

WhatsApp mesajlaşma proqramından istifadə edənlərin sayı 2 milyarda çatıb.

APA xəbər verir ki, bu barədə tətbiqin rəsmi veb saytında yayımlanan açıqlamada bildirilir.

“Bu gün dünyada 2 milyard insanın “WhatsApp” tətbiqindən istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq”, - məlumatda belə deyilir.

“WhatsApp” rəhbərliyi mesajlaşma yolu ilə ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələnməsi üsulundan istifadə edildiyini bildirir.

Qeyd edək ki, “WhatsApp” mətn mesajları mübadiləsi imkanı verən və səsli rabitəni dəstəkləyən pulsuz bir xidmətdir. 2014-cü ildə bu xidmət “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR