“WhatsApp”da koronavirusla bağlı yeni funksiya yaradılıb

“WhatsApp”da koronavirusla bağlı yeni funksiya yaradılıb
# 29 aprel 2020 03:18 (UTC +04:00)

“WhatsApp” messencerində səsli və video zəng qruplarında iştirak edə biləcək istifadəçilərin sayı iki dəfə artırılıb. Artıq videozəng zamanı eyni vaxtda səkkiz nəfər bağlantıda iştirak edə bilər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şirkətin səhifəsində bildirilib.

Əvvəllər bu xüsusiyyət yalnız test versiyalarında mövcud idi. Onun aktivləşdirilməsi üçün tətbiqi yeniləməlisiniz.

İştirakçıların əlavə edilməsi prosesi əvvəlki kimi qalıb: yeni bir qrup yaratmaq üçün düyməni basmalı, formatı (audio və ya video) seçməli və lazımlı istifadəçiləri əlavə etməlisiniz.

Qrup danışıqlarının iştirakçılarının sayının artırılmasını proqram yaradıcıları koronavirus epidemiyası ilə əlaqələndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR