Yamayka və Konqoda da ilk koronavirusa yoluxma qeydə alınıb

Yamayka və Konqoda da ilk koronavirusa yoluxma qeydə alınıb
# 11 mart 2020 05:22 (UTC +04:00)

Yamaykada ilk koronavirusa yoluxma hadisəsi təsdiqlənib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə, “Yamayka Observer” qəzeti məlumat yayıb.

Ölkənin Səhiyyə naziri Kristofer Tafton məlumatı təsdiqləyib.

Bildirib ki, virusa yoluxan şəxs martın 4-də İngiltərədən gəlib. Martın 9-da xəstəlik əlamətləri ilə xəstəxanaya müraciət edib.

Konqo Demokratik Respublikasında da ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Konqonun Səhiyyə naziri Eteni Lonqodo bildirib ki, koronavirusa yoluxmuş şəxs ölkə vətəndaşıdır.

Hazırda xəstə karantindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR