Yamayka və Kubada 7,7 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib

Yamayka və Kubada 7,7 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib
# 29 yanvar 2020 08:10 (UTC +04:00)

Çərşənbə axşamı Yamayka, Kuba və Kayman adalarında 7,7 bal gücündə zəlzələ baş verib.

APA-nın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 02.10-da qeydə alınıb.

Zəlzələdən sonra həmin ərazilərdə sunami xəbərdarlığı edilib.

Zəlzələnin episentri Yamaykanın Lusi şəhərindən təxminən 72 mil şimal-qərbdə 10 kilometr dərinlikdə olub.

Yamaykada sakinlər evləri tərk edərək küçələrə axışıb.

Dağıntılar və xəsarətlər barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR