Yaponiyanın Baş naziri gələn ay ABŞ-a səfər edəcək

Yaponiyanın Baş naziri gələn ay ABŞ-a səfər edəcək
  • Clock-gray 12:25
  • calendar-gray 16 Mart 2021

Aprelin əvvəlində Yaponiyanın Baş naziri Yoşihide Suqa Vaşinqtona səfər edəcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ölkəsində səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib.

O qeyd edib ki, ölkəsi ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığın gücləndirilməsinə tərəfdardır: “ABŞ Prezidentinin ölkəmizlə tərəfdaşlığı gücləndirmək istəyini yüksək qiymətləndiririk. Tərəfdaşlığımız regionda sabitlik və təhlükəsizliyin əsas meyarıdır. Bu danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələri daha da gücləndirəcək və münasibətlərimizdəki yeni səhifənin başlanğıcı olacaq”.

ABŞ-ın dövlət katibi isə yeni vəzifədə ilk səfərini Yaponiyaya etməsindən məmnunluğunu ifadə edib: “Görüşdə ikitərəfli münasibətlərin vacib aspektlərinə toxunmaqla bərabər, regiondakı vəziyyəti müzakirə edəcəyik. Yaponiyalı həmkarımla görüşmək fürsətinə nail ola bildiyim üçün çox şadam. Nazir Moteqinin dediyinə əlavə olaraq qeyd etmək istəyirəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq təkcə regionda yox, bütövlükdə dünyada sabitlik və sülhün təminatçısıdır”.

ABŞ dövlət katibini müdafiə naziri Ostin Lloyd müşayiət edir. Səfər çərçivəsində “2+2” formatında danışıqların keçiriləcəyi gözlənilir.

Müzakirələrdə Çinin regionda təsir imkanlarının artması, ABŞ-Yaponiya birgə hərbi təlimləri, kosmik sahədə əməkdaşlıq, kibertəhlükəsizlik və digər məsələlərə də toxunulacaq.

Qeyd edək ki, analoji formatda sonuncu görüş 2019-cu ilin yanvar ayında Vaşinqtonda keçirilib.

 

apa-logo-mini

Digər xəbərlər