Yer kürəsində ən yüksək temperatur qeydə alınıb

Yer kürəsində ən yüksək temperatur qeydə alınıb
# 18 avqust 2020 04:12 (UTC +04:00)

ABŞ-da Kaliforniya ştatının Mohave səhrasının Ölüm Vadisi adlanan ərazisində yeni temperatur rekordu qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilib ki, 54,4 dərəcəyə çatan rekord temperatur bazar günü müşahidə edilib: "Məlumat təsdiqlənərsə, bu rəqəm 1913-cü ildən bəri ABŞ üçün, eləcə də dünyada indiyə qədər qeydə alınan ən yüksək temperatur olacaq“.

Alimlər bu hadisəni Yer atmosferində istixana qazlarının artması ilə izah edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR