Yunanıstan "F-35" proqramı ilə maraqlandığını bir daha təsdiqləyib

Yunanıstan "F-35" proqramı ilə maraqlandığını bir daha təsdiqləyib
  • Clock-gray 00:42
  • calendar-gray 08 Yanvar 2020

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis Afinanın 5-ci nəsil “F-35” bombardmançı təyyarələrə marağını bir daha təsdiqləyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Vaşinqtonda Atlantik Şurasındakı çıxışı zamanı bildirib.

“Hazırda “F-35” proqramına qoşulma ehtimalını araşdırmaq üçün danışıqlara başlayırıq. Mənim üçün bu, vacib bir prioritetdir”, - Mitsotakis belə deyib.

Qeyd edək ki, K.Mitsotakis ABŞ-da səfərdədir və onun prezident Donald Trampla görüşü də planlaşdırılıb.

Eyni zamanda, o, iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını da yüksək qiymətləndirib: “Müdafiə sahəsindəki əməkdaşlığımız doğru istiqamətdə gedir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date