Yüzdən çox Demokrat deputat Trampın Yaxın Şərq sülh planını dəstəkləmədiklərini bildirib

Yüzdən çox Demokrat deputat Trampın Yaxın Şərq sülh planını dəstəkləmədiklərini bildirib
# 08 fevral 2020 01:22 (UTC +04:00)

ABŞ Senatının Nümayəndələr Palatasındakı yüzdən çox Demokrat deputat prezidenti Donald Trampa məktub göndərərək Yaxın Şərq sülh planını rədd etdiklərini açıqlayıb.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, Demokratlardan olan millət vəkilləri Alan Louental və Andi Levinin başçılıq etdiyi və 100-dən çox deputatın imzaladığı məktubda sözügedən planın özünü doğrultmayacağı bildirilib.

Məktubda qeyd edilib ki, Yaxın Şərq sülh planı həm İsrailə, həm də Fələstinə zərər verəcək, habelə tərəflər arasında qarşıdurmaların daha da artmasına səbəb olacaq: "Biz bu planı dəstəkləmirik. İsrail hökuməti bu razılaşmanı Qərb Şəriyədəki (Yəhudi yaşayış məntəqəsi) ərazilərini qanunsuz ilhaq etmək üçün təsdiq kimi qəbul etməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR