ABŞ 400 nəfərlik şəxsi heyəti təhlükəsizlik səbəbindən İraqdan çıxarır

ABŞ 400 nəfərlik şəxsi heyəti təhlükəsizlik səbəbindən İraqdan çıxarır
# 22 iyun 2019 08:04 (UTC +04:00)

ABŞ ordusu təhlükəsizlik məqsədilə Amerikanın “Lockheed Martin” şirkətinin və “Sallyport Global” hərbi mühafizə şirkətinin əməkdaşlarının İraqdan təxliyyə olunmasına hazırlıq işləri görür.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” İraq hərbi dairələrinə istinadla məlumat yayıb.

Məlumata görə, təxminən 400 nəfərlik şirkət əməkdaşları Bağdaddan şimalda yerləşən Bələd aviabazasından çıxarılacaq.

Qeyd edək ki, bununla bağlı Vaşinqtonda heç bir rəsmi açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR