ABŞ-a məxsus təyyarə Venesuelanın hava məkanını pozub

ABŞ-a məxsus təyyarə Venesuelanın hava məkanını pozub
# 21 iyul 2019 05:38 (UTC +04:00)

ABŞ silahlı qüvvələrinə məxsus təyyarə Venesuelanın hava məkanını pozub.

APA “TASS”a istinadən xəbər verir ki, bununla bağlı Venesuela Müdafiə Nazirliyi bəyanat verib.

Bəyanatda qeyd edilib ki. iyulun 19-da ABŞ Hava Qüvvələrinə məxsus elektron kəşfiyyat təyyarəsi qanunsuz olaraq respublikanın hava məkanına daxil olub.


Bildirilib ki, Amerika təyyarəsi dərhal tarayektoriyasını dəyişərək geri dönüb: “ABŞ-ın bu cür təxribatı şiddətlə qınanılır və Venesuela Silahlı Qüvvələri xalqının dincliyini, sabitliyini müdafiə etməyə davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR