ABŞ Almaniyanı Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə qoşun göndərməyə çağırıb

ABŞ Almaniyanı Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə qoşun göndərməyə çağırıb
  • Clock-gray 15:51
  • calendar-gray 07 İyul 2019

ABŞ Almaniyanı Suriyanın şimal-şərqinə quru qoşunları göndərməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə “ Welt am Sonntag” qəzetinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri məlumat verib.

Vaşinqton Suriyanın şimal-şərqindən ABŞ qoşunlarının bir hissəsini Almaniya hərbçilərinin əvəzləməsini istəyir. C. Ceffri bu məsələni artıq Almaniya hökuməti ilə müzakirə etdiyini açıqlayıb: “Almaniya bu istiqamətdə nə edə biləcəyi barədə düşünür. Bu, quru qoşunları, yaxud mülki, maliyyə və digər hərbi formada dəstək ola bilər” .

Qeyd edək ki, keçən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Suriyadakı ABŞ qoşunlarının çıxarılacağını bəyan edib. C. Ceffri isə deyib ki, ABŞ hazırda Suriyada koalisiyada qalmaq istəyən müttəfiqlər tapmağa çalışır.  Vaşinqton müttəfiqlərdən Suriyanın şimal-şərqində bir neçə yüz hərbçi yerləşdirməsini gözləyir: “Müttəfiqlərdən ilk növbədə terrorçularla mübarizə gözlənilmir. İŞİD terrorçularını Suriya qoşunlarının köməyi ilə kənara atmaq olar. Müəyyən səviyyədə beynəlxalq iştirak lazımdır ki, havadan dəstək təmin edilsin, təlim və texniki yardım olsun. Almaniyanın iştirakı Suriyada sabitlik üçün zəruridir”.

C. Ceffri ABŞ və Türkiyənin Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması barədə danışıqlar apardığını da nəzərə çatdırıb.

Qeyd edək ki, Suriyanın şimal-şərqi ABŞ və koalisiya qüvvələrinin dəstəklədiyi PYD/YPG-nin nəzarətindədir. PYD/YPG PKK terror təşkilatının Suriya qolu sayılır, bu təşkilatın aparıcı simaları PKK terror təşkilatının tanınmış üzvləridir. Bu səbəbdən də Türkiyə Suriyanın şimal-şərqində PYD/YPG qüvvələrinin mövcudluğu irə barışmayacağını bəyan edib və ilk addım olaraq sərhəddən 32 km dərinlikdə təhlükəsizlik zonasının yaradılmasını vacib sayır. Ankara əks halda Afrin bölgəsində olduğu kimi Suriyanın şimal-şərqində, sərhədləri boyu yerləşən ərazilərin PYD/YPG qüvvələrindən təmizləyəcəyini bəyan edib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date