ABŞ BMT Baş Assambleyasında iştirak edəcək İran nümayəndələrinə viza sayını məhdudlaşdırır

ABŞ BMT Baş Assambleyasında iştirak edəcək İran nümayəndələrinə viza sayını məhdudlaşdırır
# 19 sentyabr 2019 22:05 (UTC +04:00)

Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumlar fonunda ABŞ hakimiyyəti Nyu-Yorkdakı BMT Baş Assambleyasına gəlməyi düşünən bəzi İran rəsmilərinə viza verməməyi planlaşdırır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı “CNBC”-də ABŞ-ın vitse-prezidenti Maykl Pens açıqlama verib.

Onun bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp bir qədər əvvəl “İrana qarşı əlavə məhdudiyyətlər” tətbiq olunduğunu elan edib.

“İrana qarşı yeni sərt sanksiyalar tətbiq edirik ki, o, məsuliyyət daşıdığını anlasın. BMT Baş Assambleyasına gələ biləcək İran rəsmiləri üçün vizaların sayını da məhdudlaşdıracağıq”, - Pens belə deyib.

ABŞ rəsmilərinin Nyu-Yorka gəlmək imkanından məhrum etmək istədiyi İran nümayəndələrinin kimliyi barədə Pens bir fakir bildirməyib. Vitse-prezident əlavə edib ki, Amerika lideri “bütün faktları nəzərdən keçirəcək və gələcək addımlar barədə qərar verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR