ABŞ-da iki helikopter toqquşub, ölənlər var

ABŞ-da iki helikopter toqquşub, ölənlər var
  • Clock-gray 02:37
  • calendar-gray 24 Oktyabr 2019

ABŞ-ın Texas ştatının səmasında “Robinson R22” tipli iki helikopter toqquşub.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər ölüb.

Bildirilir ki, hadisə San-Antonio şəhərindən 240 km aralıqda qeydə alınıb. Ölənlərin hər ikisi eyni helikopterdə olub. Digər helikopterdə olan bir nəfər isə xəsarət alıb. Toqquşmasının səbəbləri hələlik məlum deyil. ABŞ-ın Federal Aviasuya İdarəsi insidentin təfərrüatlarını araşdırır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date