ABŞ-da meşə yanğınlarına görə 100 mindən çox sakin köçürülüb

ABŞ-da meşə yanğınlarına görə 100 mindən çox sakin köçürülüb
# 12 oktyabr 2019 08:35 (UTC +04:00)

ABŞ-ın Los-Anceles şəhəri (Kaliforniya ştatı) ətrafında 100 mindən çox insan meşə yanğınları səbəbindən təxliyyə olunub, habelə bir nəfərin öldüyü deyilir.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, xilasedicilər 23 min evdən sakinləri köçürüb, yanğın 75 tikilini məhv edib. Ştat ərazisində 1000-dən çox yanğınsöndürən və 4 tibbi yardım mərkəzi çalışır. 300 mindən çox insan işıqsız qalıb.

Yanğın zamanı bir nəfər Kaliforniya sakini alovu söndürməyə çalışarkən ürəktutmadan ölüb. Ştatda bütün xilasetmə xidməti həyəcan siqnalı ilə qaldırılıb.

Yanğı helikopterlərin köməkliyi ilə söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR