ABŞ-da sərnişin təyyarəsi təcili eniş etməli olub

ABŞ-da sərnişin təyyarəsi təcili eniş etməli olub
# 08 oktyabr 2019 03:38 (UTC +04:00)

Göyərtəsində 210 nəfərin olduğu ABŞ-ın “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi daxili təzyiqlə əlaqədar reysini başa çatdıra bilməyib və Banqora şəhər hava limanına təcili eniş edib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə San-Fransiskodan Amsterdama uçurmuş. Uçuş zamanı təyyarənin salonunda təzyiq göstəricisi dəyişib və avtomatik olaraq oksigen maskaları açılıb.

Bildirilir ki, təyyarədə 13 heyət üzvü və 197 sərnişin olub. Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR