ABŞ-da silahlı insident zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər ölüb

ABŞ-da silahlı insident zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər ölüb
# 17 noyabr 2019 01:43 (UTC +04:00)

ABŞ-ın San-Dieqo şəhərində üçü uşaq olmaqla 5 nəfər silahlı insident nəticəsində ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Polisin bildirdiyinə görə, səhər saatlarında 911 xidmətinə zəng gəlib, telefonda isə ancaq mübahisə səsləri eşidilib. Daha sonra növbəti zəngi atışma səsləri eşidən qonşulardan biri edib.

Çağırış ünvanına gedən polis əməkdaşları evdə bir uşağın qan içərisində yerdə uzandığını görüb və evə daxil olub. Hadisə yerində bir qadın, bir kişi və 3 yaşlı uşağın meyitləri aşkar olunub. Oradan götürülən 5 və 9 yaşlı uşaqlar isə sonradan xəstəxanada keçinib. 11 yaşlı daha bir oğlan uşağı əməliyyat olunub, onun vəziyyəti barədə məlumat verilmir.

Telekanalın bildirdiyinə görə, qadın evdə 4 uşağı ilə yaşayırmış. Onun həmin kişi ilə hansı əlaqəsinin olması hələ ki müəyyən edilməyib. Polis qatilin ölənlərdən birinin olduğunu hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR